Azərbaycan azot gübrələrinin istehsalına hazırlaşır

Azərbaycan azot gübrələrinin istehsalına hazırlaşır
# 05 sentyabr 2008 11:47 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Azərbaycanda ilk dəfə olaraq, 2012-ci ildən sonra azot gübrələrinin istehsalına başlanacaq. Bu barədə «APA-Economics»ə «Azərikimya» Dövlət Şirkətinin investisiya şöbəsinin rəisi Rza Rzayev məlumat verib.
R.Rzayev bildirib ki, kənd təsərrüfatının bütün sahələrində istifadə edilən və dünyada çox geniş yayılan azot gübrələri keçmiş SSRİ dövründə Azərbaycana sovet respublikalarından gətirilib. Kənd təsərrüfatı üçün zərərsiz olan bu gübrələr məhsulların sağlam yetişməsinə səbəb olmaqla yanaşı, onların məhsuldarlığını da 15-25% artırır.
R.Rzayevin sözlərinə görə, dövlət başçısının ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə verdiyi göstəriş əsasında «Azərikimya»ya gübrə istehsalatının Azərbaycanda təşkili üçün işlər aparmaq tapşırılıb. Hazırda bu istiqamətdə işlər apardıqlarını deyən «Azərikimya» səlahiyyətlisinin sözlərinə görə, artıq Böyük Britaniyanın «NEXTANT» şirkəti azot gübrələrinin istehsalının təşkili ilə bağlı texniki-iqtisadi əsaslandırmanın hazırlanmasını yekunlaşdırır. Gələn ildən bu layihənin icrasına - azot gübrələrinin istehsalı üçün kompleksin tikintisinə başlanacaq. Yeni kompleksin 2012-ci ildə hazır olacağı gözlənilir. Azərbaycanda istehsal olunacaq gübrə daxili bazarın tələbatını ödədikdən sonra bir hissəsinin ixrac edilməsi nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR