Gələn ildən Azərbaycanda fermerlərə ayrılan güzəştli kreditlərin həcmi iki dəfə artırıla bilər

Gələn ildən Azərbaycanda fermerlərə ayrılan güzəştli kreditlərin həcmi iki dəfə artırıla bilər
# 08 sentyabr 2008 09:05 (UTC +04:00)
- Ötən həftə dövlət başçısı kənd təsərrüfatı sahəsində çalışan işçilərin əmək haqlarının artırılması barədə sərəncam imzalayıb. Bu artım neçə nəfərə şamil olunacaq?
- Bu sərəncam Kənd Təsərrüfatı Nazirliyinin mərkəzi aparatı istisna olunmaqla, kənd təsərrüfatı sektorunda çalışan bütün şəxslərə şamil ediləcək. Ümumilikdə, sərəncam 4700 nəfərə aid edilir. Bu məqsədlə hər ay həmin şəxslərin məvaciblərinə əlavə olaraq 152 150 manat vəsait sərf olunacaq.
- Un tədarük edən şirkətlər regionlarda istehsalçılardan buğdanın 1 kq-nı 27 qəpiyə alır. Fermerlər isə buğdanın maya dəyərinin 35 qəpiyə başa gəldiyini bildirir və şirkətlərin ucuz qiymətindən narazıdırlar. Nazirlik bu cür halların qarşısını almaq üçün hansı tədbirlər görür?
- Kənd Təsərrüfatı Nazirliyi qiymət siyasəti ilə məşğul olmur. İstehsalçılar öz məhsullarını maya dəyəri hesablanmaqla üzərinə 20-25% əlavə etməklə satmalıdır. Alqı-satqı istehsalçı ilə alıcı arasında razılıq əsasında tənzimləndiyindən biz buna qarışa bilmərik.
- Azərbaycanla Ümumdünya Ticarət Təşkilatı (ÜTT) arasında kənd təsərrüfatı sektorunun subsidiyalaşdırılmasına dair fikir ayrılığı olub. Bununla bağlı tərəflər ortaq məxrəcə gələ bilibmi?
- Hələ ki ÜTT ilə müzakirələrimiz davam edir. Danışıqlarda Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri də iştirak edilər. Yerli istehsalı dəstəkləmək üçün biz subsidiyaların qalması barədə öz təkliflərimizi vermişik. Biz istəyirik ki, subsidiyalaşma 10% səviyyəsində qalsın və ÜTT-yə məhz bu şərtlərlə daxil olmalıyıq ki, iqtisadiyyatımıza ziyan dəyməsin. Hələ danışıqlar davam edir. Hər hansı qərar qəbul edilməyib.
- Bu il kənd təsərrüfatı sektorunda istehsal artımı nə qədər olacaq?
- Bu ilin ilk 6 ayının nəticələrinə görə, kənd təsərrüfatında 10,7% artım olub. Bu günə olan artım isə təxminən 10%-ə yaxındır. Fikrimcə, bu göstəricini ilin sonuna qədər saxlasaq, böyük nailiyyət olar. Dünyanın çox az ölkəsində kənd təsərrüfatında 10%-lik artım olub.
Qeyd etmək istəyirəm ki, bu nailiyyət bir il ərzində görülən işlərlə bağlı deyil və son 4 ildə aparılan islahatlar və görülən kompleks işlərin nəticəsidir. Belə ki, 2004-cü ildə «Aqrolizinq» ASC yaradılıb. Dövlət büdcəsi hesabına cəmiyyət tərəfindən texnikalar, gübrələr gətirilərək sahibkarlara verilib, bütün rayonlarda aqrotexservislər yaradılır. Məhz bu işlərinin nəticəsidir ki, bu il heç bir rayonda texnika çatışmazlığı problemi yaranmayıb. Dövlət başçısının imzaladığı sərəncamla ötən il kənd təsərrüfatı məhsulları istehsalçılarına 80 mln. manat vəsait ayrılıb. Son illərdə toxumçuluq sahəsində də böyük işlər görülüb. Ötən il qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, tək «orjinal» deyil, «elit» toxumların istehsalı da 100% dövlət tərəfindən subsidiyalaşdırılır. Bundan başqa, R1 və R2 reproduksiyalı toxumlara 30-40 manat vəsait verilir.
- Cins heyvanların lizinq yolu ilə istehsalçılara veriləcəyi bildirilir. Bu proqramın icrasına nə vaxtdan başlanacaq?
- Bu prosesə gələn ildən başlanılması nəzərdə tutulur. Hesab edirəm ki, Azərbaycanda heyvandarlığı baş sayına görə deyil, məhsuldarlıqlı cins mal-qara hesabına inkişaf etdirməliyik. Dövlət başçısının göstərişi ilə ayrılmış 25 mln. manat vəsaitin bir hissəsinə bu il və gələn il xaricdən cins mal-qara alınaraq ölkəyə gətiriləcək. Bunun nəticəsi olaraq ölkədə süni mayalanma proqramı həyata keçiriləcək və həmin cins mal-qara hesabına heyvandarlığı inkişaf etdirəcəyik.
- Bəzi məlumatlara görə, bu il havaların pis keçməsi səbəbindən taxıl istehsalı azalıb.
- Taxıl istehsalının azalması barədə indi nə isə demək olmaz. Son məlumatlar toplanır və yaxın vaxtlarda istehsal göstəriciləri bəlli olacaq. Yaz aylarında havalar qeyri-sabit keçməsə idi, kənd təsərrüfatında, xüsusilə də taxılçılıqda məhsuldarlıq daha yüksək olardı.
- İstehsalçılar KTN yanında Kənd Təsərrüfatının Kreditləşdirilməsi üzrə Dövlət Agentliyinin xətti ilə verilən kreditləri almaqda çətinliklərlə üzləşirlər. Kreditlərin verilmə proseduralarının asanlaşdırılması nəzərdə tutulubmu?
- Agentlik vasitəsi ilə kreditlərin verilmə proseduraları bu gün çox sadədir. Ola bilsin ki, sahibkarlar müxtəlif səbəblərdən kredit almaqda çətinliklər çəksinlər. Son 2 ildə agentliyə dövlət büdcəsindən hər il 5 mln. manat vəsait ayrılır. Hökumətin son müşavirəsində dövlət başçısı bu vəsaitin artırılması məsələsinə baxılmasını tapşırıb. Biz də tərəfdarıq ki, kreditlərin щяъми gələn il ən azından 10 mln. manat olsun.
- İstehsalçılara verilən kreditlərin minimal və maksimal məbləği artırıla bilərmi?
- Bizim kreditlər kiçik, orta və böyük məbləğlərdə verilir. Hələlik bu məbləğlərin artırılması barədə fikirləşmirik. Amma büdcədən agentliyə çox vəsait ayrılarsa bu məsələyə də baxıla bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR