«Azersun Holding»in prezidenti: «Azərbaycanda şəkər tozu və qəndin qiyməti əvvəlki səviyyəyə salınacaq»

«Azersun Holding»in prezidenti: «Azərbaycanda şəkər tozu və qəndin qiyməti əvvəlki səviyyəyə salınacaq»
# 09 sentyabr 2008 10:57 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycanda son bir ay ərzində şəkər tozu və qəndin qiymətinin yüksəlməsi Gürcüstanda baş verən hadisələrlə əlaqədar olub. «APA-Economics»in məlumatına görə, bunu «Azersun Holding» Şirkətlər Qrupunun prezidenti Abdolbori Goozal bildirib.
«Hazırda çuğundurun tədarük mövsümüdür. Qeyd edim ki, bu gün çuğundurun qiyməti çox yüksəkdir və bu, istehsalçıları həvəsləndirir. Bu il 200 min ton çuğundurumuz var. Gürcüstan hadisələri ərəfəsində də ehtiyacı məhz çuğunduru emal etmək hesabına ödədik», - deyə A.Goozal vurğulayıb.
Şirkət rəhbəri dünəndən (sentyabrın 8-i) etibarən şəkər tozunun qiymətinin 1 tonda 20 dollar aşağı salındığını bildirib. Eyni zamanda bitki yağlarında qiymət 10% aşağı salınıb.
«Bəziləri spekulyasiya etməklə bazara təsir göstərmək istəyir. Bahalaşma olmayacaq və qiymətlər əvvəlki səviyyəyə salınacaq», - deyə A.Goozal əlavə edib.
«Azersun Holding»in İmişli Şəkər Zavodunun gündəlik istehsal gücü 1100 tondur və bu imkanlar Azərbaycanın daxili tələbatının tam ödənilmsi üçün yetərlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR