Azərbaycanda izolyasiya materiallarının istehsalı üzrə zavodun inşası planlaşdırılır

Azərbaycanda izolyasiya materiallarının istehsalı üzrə zavodun inşası planlaşdırılır
# 19 sentyabr 2008 07:08 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev - APA-Economics. Türkiyənin «Evim Izolasyon» şirkəti Azərbaycan hökumətinin dəstəyi ilə ölkədə müasir izolyasiya materialları, o cümlədən geomembran və bitum örtüklərinin istehsalı üzrə zavod açmağı planlaşdırır.
Şirkətin satış, marketinq və tikinti üzrə direktoru Rəhman Rəsulzadənin «APA-Economics»ə verdiyi məlumata görə, ilkin hesablamalara görə, yeni zavodun tikintisi 3-4 mln. manata baş gələ bilər.
Bundan əlavə, şirkət gələcəkdə Avropada 60-cı illərdən istifadə olunan termoizolyasiya üçün nəzərdə tutulan materialların (Ekstrude Polistiren və Ekspande Polistiren – EPS) istehsalı üzrə fabrikin yaradılmasını da planlaşdırır. Termoizolyasiya ilə yanaşı bu materiallar səsdən və rütubətdən izolyasiyanı təmin edir. Bu cür zavodun inşasına isə 4-5 mln. manat tələb olunur.
R.Rəsulzadənin fikrincə, izolyasiya materiallarının Azərbaycanda istehsalı onların maya dəyərinin 4-5 düşməsinə gətirib çıxaracaq.
Qeyd edək ki, «Evim Izolasyon» şirkəti bu materialların Azərbaycanda istifadə olunmasına dair təkliflərini artıq ölkə rəhbərliyinə təqdim edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR