BMT Azərbaycana Mərakeş çəyirtkəsi ilə mübarizə aparmağa kömək edəcək

BMT Azərbaycana Mərakeş çəyirtkəsi ilə mübarizə aparmağa kömək edəcək
# 23 sentyabr 2008 12:17 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Gürcüstanla sərhəddə Mərakeş çəyirtkəsinə qarşı mübarizə aparmaq üçün Azərbaycana yardım göstərəcək. «APA-Economics»in məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidmətinin rəisi Məmmədəli Dünyamalıyev bildirib.
Xidmət rəisinin sözlərinə görə, bu ilin əvvəlində Mərakeş çəyirtkələri Azərbaycanın Gürcüstanla sərhədi yaxınlığındakı əkin sahələrinə xeyli ziyan vurub. Azərbaycandan fərqli olaraq, bu ziyanvericilərə qarşı Gürcüstan tərəfdə mübarizə tədbirləri həyata keçirilmədiyindən problem hələ də həll olunmayıb.
M.Dünyamalıyev Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında ermənilərin işğalı altında olan Azərbaycan ərazilərində fitosanitar vəziyyətin pozulması və bu sahədə müvafiq tədbirlərin görülməsinə dair məsələ qaldırdığını da vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR