Ağstafada Dilbaz Atçılıq təsərrüfatı üçün yeni kompleksin tikintisinə 5 030 000 manat ayrılıb

Ağstafada Dilbaz Atçılıq təsərrüfatı üçün yeni kompleksin tikintisinə 5 030 000 manat ayrılıb
# 30 dekabr 2019 16:15 (UTC +04:00)

Prezident İlham Əliyev Ağstafa rayonunda Dilbaz Atçılıq təsərrüfatı üçün yeni kompleksin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncama əsasən, Ağstafa rayonunda Dilbaz Atçılıq təsərrüfatı üçün yeni kompleksin tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.12.23-cü yarımbəndində göstərilmiş məbləğin 5 030 000 (beş milyon otuz min) manatı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR