Assosiasiya: Azərbaycan arıçıları məhsullarını bazara çıxarmaqda çətinliklərlə üzləşir

Assosiasiya: Azərbaycan arıçıları məhsullarını bazara çıxarmaqda çətinliklərlə üzləşir
# 28 avqust 2020 15:00 (UTC +04:00)

Bu il Azərbaycanda arıçılar kifayət qədər bal istehsal etsələr də, istehsal etdikləri məhsulların bazara çıxarmasında çətinliklərlə üzləşirlər.

Bunu "APA-Economics"ə Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.

Onun sözlərinə görə, məhsul əsasən Bakıda satıldığından mövcud pandemiya səbəbindən balın paytaxt bazarlarına gətirilməsində çətinliklər var: "Ümumiyyətlə, bu il arıçılıq mövsümü çox yaxşı keçdi və 5 min tondan çox məhsul istehsal olunub. Bu, daxili tələbatı tam ödəyir".

Assosiasiyasının sədri əlavə edib ki, son bir ildə arı ailələrin sayında da artım müşahidə olunub. Belə ki, əgər ötən il arı ailələrinin sayı 375 minədək idisə, hazırda bu rəqəm 500 mini ötüb.

"Onu da qeyd edim ki, pandemiya dövründə əvvəlki illərə nisbətən bala tələbat artıb. Bu da insanların daha sağlam həyat tərzinə və sağlam qidalanmağa verdikləri üstünlükdən irəli gəlir", - deyə B. Həsrətov əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR