Azərbaycan bu il 68 mln. dollarlıq gübrə idxal edib

#
# 13:04
19 sentyabr 2020

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 68,04 mln. ABŞ dolları dəyərində 236 088,82 ton gübrə idxal edib.

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu ötən ilin səkkiz ayı ilə müqayisədə dəyər ifadəsində 21,9%, həcm ifadəsində isə 5,4% azdır.

Təkcə bu ilin avqust ayı ərzində ölkə 10,69 mln. dollar dəyərində 37 245,71 ton gübrə idxal edib ki, bu da iyul ayı ilə müqayisədə dəyər ifadəsində 39,3%, həcm ifadəsində isə 45,3% artıb.

Qeyd edək ki, hesabat dövründə gübrə idxalının ümumi idxalda payı 1% təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 0,1 faiz bəndi çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR