Azərbaycan bu il Gürcüstandan 41 ton şərab alıb

Azərbaycan bu il Gürcüstandan 41 ton şərab alıb
# 24 iyun 2020 11:41 (UTC +04:00)

Bu ilin yanvar-may ayları ərzində Gürcüstanın Azərbaycana şərab ixracı illik müqayisədə 14,1 ton və ya 52,4% artaraq 41 tona çatıb.

Bu barədə APA-nın yerli bürosuna Gürcüstan Milli Statistika İdarəsindən (GEOSTAT) bildirilib.

Hesabat dövründə Azərbaycana ixrac edilən məhsulun dəyəri isə illik müqayisədə 65,8% və ya 65,6 min ABŞ dolları artaraq 165,2 min dollara çatıb.

Qeyd edək ki, ötən ilin yanvar-may ayları ərzində Gürcüstan Azərbaycana 99,6 min dollar dəyərində 26,9 ton şərab ixrac edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR