Azərbaycan bu il Rusiya və Qazaxıstandan buğda idxalını azaldıb, Türkiyədən artırıb

Azərbaycan bu il Rusiya və Qazaxıstandan buğda idxalını azaldıb, Türkiyədən artırıb
# 18 noyabr 2020 17:35 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana ümumi dəyəri 206,34 mln. ABŞ dolları təşkil edən 968 209,99 ton buğda idxal edilib. Bu, illik müqayisədə dəyər ifadəsində 17,5%, həcmi ifadəsində isə 16,7% azdır.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycan buğdanı əsasən Rusiya və Qazaxıstandan tədarük edib.

Cari ilin ilk doqquz ayında Azərbaycan Rusiyadan 204,59 mln. dollar dəyərində 960 631,3 ton buğda idxal edib ki, bu da illik müqayisədə dəyər ifadəsində 12,5%, həcm ifadəsində isə 13,44% çoxdur. Qazaxıstandan isə 1,69 mln. dollar dəyərində 7 444,7 ton buğda tədarük olunub. Bu göstəricilər müvafiq olaraq 34,8 dəfə və 35,6 dəfə azalıb.

Əlavə edək ki, yanvar-sentyabr aylarında Azərbaycanda həm də Türkiyədən 0,06 mln. dollar dəyərində 134 ton buğda idxal edib. Bu, ötən illə müqayisədə dəyər ifadəsində 3,3 dəfə, həcm ifadəsində isə 5,3 dəfə çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR