Azərbaycan çay idxalını azaldıb

Azərbaycan çay idxalını azaldıb
# 16 mart 2021 15:44 (UTC +04:00)

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan ümumi dəyəri 1 350,00 min ABŞ dolları dəyərində 178,5 ton çay ixrac edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin analoji dövrü ilə müqayisədə cari ilin ilk iki ayında Azərbaycandan ixrac edilən çayın dəyəri 4,5%, həcmi isə 12,6% azalıb.

Hesabat dövründə çayın ümumi ixracdakı payı cəmi 0,05%, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,41%-ə bərabər olub.

Bununla yanaşı, hesabat dövründə Azərbaycana ümumi dəyəri 7 283,24 min dollar dəyərində 1 920,41 ton çay idxal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə çay idxalının dəyəri 18,4%, həcmi isə 17,5% azalıb.

Hesabat dövründə çayın ümumi idxaldakı payı 0,45% təşkil edib.

Göründüyü kimi, cari ilin yanvar-fevral aylarında ölkənin çay idxalı ixracı 10 dəfədən çox üstələyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR