Azərbaycan oktyabrda gübrə idxalını azaldıb

Azərbaycan oktyabrda gübrə idxalını azaldıb
# 17 noyabr 2020 11:00 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 86,68 mln. ABŞ dolları dəyərində 295 195,24 ton gübrə idxal edib.

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu ötən ilin on ayı ilə müqayisədə dəyər ifadəsində 18,8%, həcm ifadəsində isə 5% azdır.

Təkcə bu ilin oktyabr ayı ərzində ölkə 6,93 mln. dollar dəyərində 20 294,19 ton gübrə idxal edib ki, bu da sentyabr ayı ilə müqayisədə dəyər ifadəsində 40,8%, həcm ifadəsində isə 47,7% azalıb.

Qeyd edək ki, hesabat dövründə gübrə idxalının ümumi idxalda payı 0,99% təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 0,06 faiz bəndi çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR