Azərbaycan pambıq ixracını azaldıb

Azərbaycan pambıq ixracını azaldıb
# 19 avqust 2020 14:36 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan 84 587,57 min ABŞ dolları dəyərində pambıq ixrac olunub. Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, idxalın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 17,5% azalıb.

Cari ilin yeddi ayında qeyd olunan məhsulların idxalda xüsusi çəkisi 0,93%-a bərabər olub.

Hesabat dövründə ölkədən 71 594,96 min dollar dəyərində 53 309,43 ton pambıq lifi ixrac olunub ki, bu da ötən ilin eyni dövrünün göstəricisini müvafiq olaraq dəyər göstəricisi üzrə 13,8%, həcm göstəricisi üzrə isə 9,3% azdır.

Cari ilin yanvar-iyul ayları ərzində ölkədən 10 617,50 min dollar dəyərində (azalma 38,7%) 5 102,26 ton (azalma 28,2) iplik pambıq ixrac olunub.

Qeyd edək ki, bu ilin yeddi ayında pambıq idxalının dəyəri 3 457,52 min dollar olub ki, bu da ötən ilin müvafiq göstəricisindən 1% azdır. Yanvar-iyul ayları üzrə pambığın idxalda xüsusi çəkisi 0,06% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR