Azərbaycana gübrə idxalı artıb

Azərbaycana gübrə idxalı artıb
# 19 aprel 2021 17:45 (UTC +04:00)

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycana 18 991,69 min ABŞ dolları dəyərində 77 285,57  ton gübrə idxal olunub.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, bu, ötən ilin eyni ayları ilə müqayisədə dəyər ifadəsində təxminən 3,4%, həcm ifadəsində isə 18,1% çoxdur.

Fevral ayı ilə müqayisədə isə bu ilin martında sözügedən məhsulların ölkəyə idxalı dəyər ifadəsində 6% artıb, həcm ifadəsində isə 14,7% azalıb.

Qeyd edək ki, bu ilin ilk rübündə gübrə idxalının ümumi idxalda payı 0,75% təşkil edib ki, bu da ötən ilin eyni göstəricisindən 0,05 faiz bəndi çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR