Azərbaycana tütün məmulatlarının idxalı 29%-ə yaxın azalıb

Azərbaycana tütün məmulatlarının idxalı 29%-ə yaxın azalıb
# 14 sentyabr 2020 18:15 (UTC +04:00)

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycana idxal olunan tütün və tütün məmulatlarının dəyəri ötən ilin müvafiq dövrünün göstəricisinə nisbətən azalıb.

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə ölkəyə 53 813,40 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21 613,19 min dollar və ya 28,6% azdır.

Qeyd edək ki, bu ilin səkkiz ayında tütün və tütün məmulatlarının idxalı Azərbaycanın ümumi idxalının 0,80%-nə bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR