Azərbaycana tütün məmulatlarının idxalı 9% azalıb

Azərbaycana tütün məmulatlarının idxalı 9% azalıb
# 15 aprel 2020 12:50 (UTC +04:00)

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycana idxal olunan tütün və tütün məmulatlarının dəyəri ötən ilin müvafiq dövrünün göstəricisinə nisbətən azalıb.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə ölkəyə dəyəri 18 917,36 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 876,34 min dollar və ya 9% azdır.

Qeyd edək ki, bu ilin I rübündə tütün və tütün məmulatlarının idxalı Azərbaycanın ümumi idxalının 0,72%-nə bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR