Azərbaycanda Rusiya kombaynları yığılacaq

Azərbaycanda Rusiya kombaynları yığılacaq
# 04 mart 2020 14:28 (UTC +04:00)

Yaxın vaxtlarda Rostov vilayəti tərəfindən Azərbaycana kənd təsərrüfatı texnikasının (maşın) tədarükü məsələsi müzakirə olunacaq.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Rostov vilayətinin qubernatoru Vasili Qolubev deyib.

Onun sözlərinə görə, bu sahədə əməkdaşlıq maşınların məhz Azərbaycanda yığımının və təmirinin təşkilini nəzərdə tutur.

"Bu gün əməkdaşlığa dair imzalanan razılığa bu sahə üzrə əməkdaşlığın bünövrəsi kimi baxıla bilər. Burada təkcə yeni texnikanın tədarükü deyil, eləcə də onlara texniki xidmətlərin göstərilməsini nəzərdə tutulur. Bu gün Azərbaycanda 5 mindən artıq “Rostselmaş” istehsalı olan kombaynlar istismar olunur", - deyə V. Qolubev qeyd edib.

Qeyd edək ki, bu gün Bakıda Rusiyanın “Rostselmaş” kombayn zavodu və “Azərmaş” MMC arasında kənd təsərrüfatı texnikasının alınmasına dair 35 mln. rubl dəyərində müqavilə imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR