Azərbaycanda daha 45 348 fermerə payızlıq əkinlərə görə subsidiya ödənilib

Azərbaycanda daha 45 348 fermerə payızlıq əkinlərə görə subsidiya ödənilib
# 17 mart 2021 11:48 (UTC +04:00)

2020-ci ilin payızlıq əkinlərinə görə müraciətləri təsdiqlənən daha 45 348 fermerə əkin subsidiyası ödənilib.

Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, ümumilikdə müvafiq dövrdə payızlıq əkinlərə görə subsidiya alan fermerlərin sayı 227 998 nəfərə çatıb.

Ümumilikdə, 335 min nəfərdən artıq fermer Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 2020-ci il üzrə payızlıq əkinləri bəyan edib. Fermerlərin əkin bəyanları təlimatlara uyğun olaraq yoxlanıldıqca, subsidiya ödənişləri həyata keçirilir.

Subsidiya qaydalarına uyğun olaraq, ödənişlər fermer kartlarına 25% nağdlaşdırıla bilən və 75% nağdsız hissə şəklində ödənilib.

Fermerlər subsidiyanın nağdlaşdırıla bilinməyən hissəsi ilə gübrə, pestisid, toxum və ting təchizatçılarından təsərrüfatlarına lazım olan məhsulları POS-terminal vasitəsilə ödəniş etməklə əldə edə bilərlər. Subsidiya qaydalarında edilmiş son dəyişikliyə görə, fermerlər təsərrüfatları üçün gübrənin tam dəyərini “Fermer kartı” ilə nağdsız ödəmək imkanı əldə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR