Azərbaycanda fermerlərə subsidiyaların elektron qaydada verilməsi ilə bağlı məlumat bazası yaradılır

Azərbaycanda fermerlərə subsidiyaların elektron qaydada verilməsi ilə bağlı məlumat bazası yaradılır
# 25 noyabr 2019 13:23 (UTC +04:00)

Azərbaycanda fermerlərə subsidiyaların elektron qaydada verilməsi ilə bağlı elektron məlumat bazası formalaşdırılır.

"APA-Economics"in məlumatına görə bunu, Bakıda keçirilən “StartupFest 2019” beynəlxalq festival çərçivəsində çıxış edən Azərbaycanın Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova deyib.

Onun sözlərinə görə, bu günə sistemə 50 minə yaxın fermerin bəyanı daxil edilib ki, bu da ölkə üzlə təqribən 360 minə yaxın fermerin hansı məhsulun harada əkildiyi barədə məlumata sahib olmağa imkan yaradır.

"Bildiyiniz kimi, fermerlərə subsidiyaların verilməsi elektron qaydada aparılacaq. Düşünürdük ki, bu sahədə ən böyük problemimiz fermerlərin elektron vasitələrdən istifadə etməməsi, bəlkə də bu sahədə onların məlumatsız olmaları ilə bağlı olacaq. Hazırda isə ölkə üzrə 360 minədək fermer elektron kənd təsərrüfatı sistemində qeydiyyatdan keçib və noyabr ayında sistemin bazasına payızlıq əkin məhsulları ilə bağlı bəyanların daxil edilməsinə başlanılıb", - deyə İ. Qədimova qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR