Azərbaycanda fermerlərin logistika və qablaşdırma problemlərinin həlli üzrə layihələr hazırlanır

Azərbaycanda fermerlərin logistika və qablaşdırma problemlərinin həlli üzrə layihələr hazırlanır
# 18 dekabr 2019 14:14 (UTC +04:00)

"Azərbaycanda fermerlərin logistika və qablaşdırma problemlərinin aradan qaldırılması istiqamətində Kənd Təsərrüfatı və İqtisadiyyat nazirlikləri tərəfindən layihələr hazırlanır".

Bunu "APA-Economics"ə "Dövlət Aqrar Ticarət Şirkəti"nin İdarə Heyətinin sədri Leyla Məmmədova deyib.

Onun sözlərinə görə, bununla bağlı hazırda Aqrar Tədqiqatlar Mərkəzi ilə İqtisadiyyat Nazirliyinin müvafiq qurumlarla birgə araşdırmalar aparır.

"Anbarların sayı ölkədə kifayət qədərdir. Sadəcə ölkə əhalisinin, istehsalçıların sayı artır və tələb daha da çoxalır. Bu baxımdan kiçik və orta fermerlərin resurslarının daha da əlçatan edilməsi məqsədilə gələn il yeni layihələrin icrası gözlənilir. Bu layihələrin həm yerli icra orqanlarından, həm də fərqli digər nazirliklərdən də dəstək alınacaq. Qeyd olunan məsələyə dair cari ildə müvafiq addımlar atılıb və gələn il də əlavə işlər görüləcək", - deyə L. Məmmədova qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR