Azərbaycandan Rusiyaya alma ixracına qoyulan qadağa qismən ləğv edilib

Azərbaycandan Rusiyaya alma ixracına qoyulan qadağa qismən ləğv edilib
# 18 dekabr 2020 17:34 (UTC +04:00)

Rusiya Azərbaycandan alma idxalına qoyduğu qadağanı qismən ləğv edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə "Rosslexoznadzor" Federal Xidməti məlumat yayıb.

Bildirilib ki, dekabrın 21-dən etibarən Azərbaycandan ölkəyə alma idxalına qoyulan qadağadan qismən imtina olunur və üç müəssisədən alma idxalına icazə verilir.

"Rosselxoznadzor" alma idxalına icazə verdiyi Azərbaycan şirkətlərinin adlarını da açıqlayıb. Bunlar Şabran rayonunda yerləşən "TURAZ", "Ran Fruit" və "Əsədov Vahid" MMC-ləridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR