Azərbaycanın çay ixracı yanvar-oktyabrda 5,5% azalıb, idxalı isə 2,1% artıb

Azərbaycanın çay ixracı yanvar-oktyabrda 5,5% azalıb, idxalı isə 2,1% artıb
# 17 noyabr 2020 09:50 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan ümumi dəyəri 7 703,92 min ABŞ dolları olan 1 121,08 ton çay ixrac edib.

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə cari ilin 10 ayında Azərbaycandan ixrac edilən çayın dəyəri 1,6%, həcmi isə 5,5% azalıb.

Hesabat dövründə çayın ümumi ixracdakı payı cəmi 0,06%, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,53%-ə bərabər olub.

Bununla yanaşı, hesabat dövründə Azərbaycana ümumi dəyəri 46 256,65 min dollar dəyərində 11 381,29 ton çay idxal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə çay idxalının dəyəri 6%, həcmi isə 2,1% artıb.

Hesabat dövründə çayın ümumi idxaldakı payı 0,38% təşkil edib.

Göründüyü kimi, Azərbaycanda çay idxalı ixracı 10 dəfədən çox üstələyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR