Azərbaycanın ixrac etdiyi meyvə-tərəvəzin dəyəri artıb

#
# 12:31
16 aprel 2020

Bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrə dəyəri 113 231,89 min ABŞ dolları dəyərində 84 598,82 ton meyvə-tərəvəz ixrac edib.

APA-Economics”in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ötən ilin yanvar-mart ayları ilə müqayisədə ixrac olunan meyvə-tərəvəzin dəyəri 9,4% artıb, həcmi isə 14,4% azalıb.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycandan ixrac olunan meyvə-tərəvəz mallarını əsasən tomat (32 769,68 ton), meşə fındığı (6 007,48 ton), alma (18 186,58 ton) və xurma (17 947,06 ton) təşkil edib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR