Bakı və Xırdalanda aqrar məhsullarının satış yarmarkaları martın 19-dək davam edəcək

Bakı və Xırdalanda aqrar məhsullarının satış yarmarkaları martın 19-dək davam edəcək
# 17 mart 2020 15:54 (UTC +04:00)

Novruz bayramı ilə əlaqədar Bakı və Xırdalanda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil olunub.

“Aqrar Tədarük və Təchizat” ASC-dən “APA-Econommics”ə verilən məlumata görə, martın 19-dək keçiriləcək yarmarkalar Bakının Yasamal (Hüseyn Cavid pr. ilə Seyfəddin Dağlı küçəsinin kəsişməsi), Binəqədi (Süleyman Sani Axundov 5B), Nərimanov (Gənclik metrosunun yanı), Suraxanı (Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev ilə Etibar Bəkirli küçələrinin kəsişməsi) rayonlarında və Xırdalan şəhərində (Heydər Əliyev prospekti 41A) keçirilir.

Yarmarkalara 200-ə yaxın fermer tərəfindən satışa müxtəlif kənd təsərrüfatı məhsulları çıxarılıb. Qiymətlərin tənzimlənməsinə, satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına nəzarət Qida Təhlükəsizliyi Agentliyi əməkdaşları tərəfindən aparılır. Yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunub.

Qeyd edək ki, Koronavirus infeksiyasının qarşısının alınması məqsədi ilə yarmarkalarda təxirəsalınmaz tədbirlər həyata keçirilib, tibbi-profilaktik vəziyyətə nəzarət gücləndirilib. Hər gün bir neçə dəfə fermerlərin temperaturu ölçülür, koronavirus təhlükəsinə qarşı mütəmadi olaraq profilaktik tədbirlərin həyata keçirilir.

Mütəmadi olaraq yarmarkalarda dezinfeksiya işləri aparılır, fermerlər zəruri olan tibbi ləvazimatlarla (tibbi maska, əlcək, spirt və s.) təmin olunurlar. Yarmarkaların keçirildiyi məkanlarla yanaşı, ASC-nin bütün regional idarələri və anbarlarında, “Kənddən Şəhərə” satış mərkəzlərində də mütəmadi olaraq dezinfeksiya işləri həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR