Bakıda aqroekoturizmin inkişaf perspektivləri ilə bağlı dəyirmi masa təşkil olunub

Bakıda aqroekoturizmin inkişaf perspektivləri ilə bağlı dəyirmi masa təşkil olunub
# 18 dekabr 2019 10:29 (UTC +04:00)

Aqrar Tədarük və Təchizat ASC-nin təşkilatçılığı ilə "Azərbaycanda aqroekoturizmin inkişaf perspektivləri" mövzusunda dəyirmi masa keçirilir.

"APA-Economics"in məlumatına görə, tədbirin məqsədi kiçik və orta fermer təsərrüfatlarının istehsal etdiyi kənd təsərrüfatı məhsulları üçün alternativ satış kanalları yaratmaq, regionlarda yaşayan əhalinin sosial rifahını yüksəltmək, şəhər əhalisinin və xarici turistlərin asudə vaxtlarının daha da maraqlı keçirilməsinə töhfə verməkdə olan "Şəhərdən Kəndə" layihəsinin ölkə üzrə əhatə dairəsinin genişləndirməkdir.

Bu məqsədlə turizm şirkətlərinin "Şəhərdən Kəndə" turlarına cəlb edilməsi və aqroekoturların təşkil edilməsi görüşün əsas prioritet məsələlərdəndir. Eyni zamanda, turizm fəaliyyətinə cəlb edəcək fermerlərin və ailə-kəndli təsərrüfatların tapılması və təlimlərin verilməsi kimi sahələrdə əməkdaşlığın qurulması Azərbaycanda kənd turizminin inkişafı və ölkə iqtisadiyyatının önəmli sahələrindən birinə çevrilməsi istiqamətində əsaslı rol oynayacaq.

Bundan əlavə, turizm fəaliyyətlərinə cəlb ediləcək fermerlərin və ailə-kəndli təsərrüfatların ərazilərində tərtibat işlərinin görülməsi və yenidən qurulmasının təşkil edilməsi sahəsində birgə fəaliyyət layihənin daha uğurlu inkişafına şərait yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR