Builki bal yarmarkası Bakının müxtəlif məkanlarında təşkil oluna bilər

Builki bal yarmarkası Bakının müxtəlif məkanlarında təşkil oluna bilər
# 28 avqust 2020 14:14 (UTC +04:00)

Bakıda kənd təsərrüfatı məhsullarının üçün həftə sonları təşkil olunan satışı yarmarkaları, bal yarmarkaların keçirilməsi üçün arıçıların ixtiyarına verilə bilər.

Bunu "APA-Economics"ə Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.

Onun sözlərinə görə, hazırda qeyd olunan məsələ müzakirə mövzusudur və mövcud vəziyyət səbəbindən ötən illər təşkil olunan yarmarkalara alternativ olaraq baxılır: "Bu il paytaxtda növbəti bal yarmarkasının keçirilməsi sentyabr ayının sonunadək nəzərdə tutulur. Düzdür, hələ buna dair konkret qərar olmasa da, arıçılar tərəfindən hazırlıq işləri aparılır. 300-dək arıçıların qatıla biləcəyi yarmarka paytaxtın müxtəlif yerlərində təşkil olunan kənd təsərrüfatı məhsullarının həftəlik yarmarkalarına keçirilməsi nəzərdən keçirilir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR