Deputat: “Kənd təsərrüfatı sahəsinə aid dövlət qurumları və fermerlər arasında korrupsiya imkanları 0-a endirilib”

Deputat: “Kənd təsərrüfatı sahəsinə aid dövlət qurumları və fermerlər arasında korrupsiya imkanları 0-a endirilib”
# 02 aprel 2021 15:48 (UTC +04:00)

“Kənd təsərrüfatı sahəsində, xüsusilə subsidiyaların verilməsində korrupsiyanın qarşısının alınması və dövlət dəstəyinin fermerlər üçün əlçatanlığın təmin edilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən müvafiq fərman imzalanıb. Daha sonra elektron kənd təsərrüfatı sistemi yaradılıb. Bununla da kənd təsərrüfatı ilə məşğul olan dövlət qurumları və fermerlər arasında korrupsiya imkanları 0-a endirilib”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Kamal Cəfərov deyib.

Deputat bildirib ki, hazırda cari mexanizmə əsasən, fermerlər subsidiyanın yalnız 25%-ni nağdlaşdıra, geri 75%-nə isə bank əməliyyatları vasitəsilə müvafiq kənd təsərrüfatı məhsulları ala bilirlər: “Müvafiq təcrübə göstərir ki, bəzi hallarda fermerlər gübrə və pestisid satışını həyata keçirən şirkətlərlə cinayət əlaqəsinə girərək, həmin 75%-lik məbləğ olan fermer kartını heç bir məhsul almadan daha aşağı qiymətə həmin şirkətlərə satırdılar. Fermerləri bu cür əməllərdən çəkindirmək, kənd təsərrüfatı təyinatlı dövlət subsidiyasının məhz kənd təsərrüfatının inkişafına sərf edilməsində hüquq-mühafizə tədbirlərini təmin etmək üçün İnzibati Xətalar Məcəlləsinə yeni maddənin əlavə edilməsi təklif edilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR