Dünya Bankı: Azərbaycanda bu il kənd təsərrüfatı məhsullarının istehsalı 2,5% artacaq

Dünya Bankı: Azərbaycanda bu il kənd təsərrüfatı məhsullarının istehsalı 2,5% artacaq
# 31 mart 2021 13:15 (UTC +04:00)

Dünya Bankının yeni proqnozuna görə, bu il Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı 2,5% artacaq.

Bu barədə "APA-Economics" Dünya Bankının region üzrə dərc olunmuş yeni hesabatına istinadən xəbər verir.

Hesabata görə, 2022-2023-cü illərdə sözügedən sektorda istehsal artımı eyni səviyyədə – 3,2% olacaq.

Qeyd edək ki, 2020-ci ildə ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı 2%, 2019-cu ildə isə 7,2% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR