Gürcüstan Azərbaycana iribuynuzlu mal-qara ixracını azaldıb

Gürcüstan Azərbaycana iribuynuzlu mal-qara ixracını azaldıb
# 20 oktyabr 2020 11:53 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycana 5 538,8 min ABŞ dolları dəyərində 2 853,3 ton canlı iribuynuzlu mal-qara ixrac edib.

Bu barədə APA-nın yerli bürosuna Gürcüstan Milli Statistika İdarəsindən (GEOSTAT) məlumat verilib.

Qeyd olunub ki, Azərbaycana ixrac olunan məhsulun dəyəri illik müqayisədə 1 185,9 min dollar və ya 17,6%, həcmi isə 1 174,7 ton və ya 29,1% azdır. Belə ki, 2019-cu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycana 6 724,7 min dollar dəyərində 2 853,3 ton canlı iribuynuzlu mal-qara ixrac edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR