Gürcüstan Azərbaycana yerli məhsul ixracını 17% azaldıb

Gürcüstan Azərbaycana yerli məhsul ixracını 17% azaldıb
# 19 may 2020 12:53 (UTC +04:00)

Bu ilin yanvar-aprel ayları ərzində Gürcüstanın Azərbaycana yerli istehsal mal və məhsullar ixracı illik müqayisədə 16,9% azalaraq 21,5 mln. ABŞ dolları təşkil edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.

Bildirilib ki, Azərbaycana ixrac bu kateqoriya üzrə Gürcüstanın ümumi ixracının 3%-nə bərabər olub.

Qeyd edək ki, 2019-cu ilin yanvar-aprel ayları ərzində isə Gürcüstan Azərbaycana 25,9 mln. dollar dəyərində yerli məhsullar ixrac edib.

Hesabat dövründə Gürcüstanın ən çox yerli istehsal məhsullar ixrac etdiyi ölkələr Çin – 131,5 mln. dollar (260,8%), Rusiya – 113,1 mln. dollar (-23,3%) və Bolqarıstan olub 111,3 mln. dollar (3%).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR