Gürcüstandan Azərbaycana şərab ixracı yanvar-sentyabrda 30% artıb

Gürcüstandan Azərbaycana şərab ixracı yanvar-sentyabrda 30% artıb
# 20 oktyabr 2020 12:50 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr ayları ərzində Gürcüstan Azərbaycana 410,5 min ABŞ dolları dəyərində 98,9 ton şərab ixrac edib.

Bu barədə APA-nın yerli bürosuna Gürcüstan Milli Statistika İdarəsindən (GEOSTAT) məlumat verilib.

Bildirilib ki, ixrac edilən məhsulun dəyəri illik ifadədə 126,6 min dollar və ya 23,5% azalıb, həcmi isə 23,1 ton və ya 30,4% artıb. Belə ki, 2019-cu ilin yanvar-sentyabr ayları ərzində isə Gürcüstan Azərbaycana 537,1 min dollar dəyərində 75,8 ton şərab ixrac edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR