İşğaldan azad edilən torpaqlarda kənd təsərrüfatının inkişafına dair fəaliyyət planı hazırlanır

İşğaldan azad edilən torpaqlarda kənd təsərrüfatının inkişafına dair fəaliyyət planı hazırlanır
# 04 noyabr 2020 13:18 (UTC +04:00)

Azərbaycanın işğaldan azad edilən torpaqlarında kənd təsərrüfatının inkişaf etdirilməsi nəzərdə tutulur.

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov Aqrar Sığorta Fondunda Azərbaycanda dövlət dəstəyi ilə ilk sığorta müqaviləsinin imzalanmasına həsr olunan tədbirdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, artıq bununla bağlı hesablamalara və fəaliyyət planının hazırlanmasına başlanılıb.

Nazir bildirib ki, Ermənistanın hərbi təcavüzü aqrar sahəyə təsirsiz ötüşməyib: "Bu hücum nəticəsində təmas xəttində yerləşən kəndlərdə xeyli iri və xırdabuynuzlu heyvan tələf edilib, yem ehtiyatları yandırılıb, on minlərlə hektar əkin sahələrində yığım məhdudlaşıb, kənd təsərrüfatı texnikaları məhv edilib. Ümumilikdə, davam edən hərbi təcavüz yüz mindən çox fermerin həyatına təsir edib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR