Martın 20-dək fermerlərin kartlarına subsidiyaların növbəti tranşı köçürüləcək

Martın 20-dək fermerlərin kartlarına subsidiyaların növbəti tranşı köçürüləcək
# 02 mart 2020 12:53 (UTC +04:00)

Bu günədək 179 min "Fermer kartı" çap olunaraq bölgələrə göndərilib.

"APA-Economics"in məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov deyib.

Onun sözlərinə görə, fermerlər “Kapital Bank”ın filiallarına yaxınlaşaraq sözügedən kartları əldə edə bilər: "Artıq məlumatları təsdiqlənən yoxlamadan keçən fermerlərə subsidiyaların ilk tranşı köçürülüb və mart ayının 20-dək digər məbləğlərin də köçürülməsi nəzərdə tutulur", - deyə V. Hüseynov qeyd edib.

O həmçinin əlavə edib ki, bu günədək 80 min fermer bu kartlarla təmin olunub və 10,565 mln. manat məbləğində subsidiya artıq fermerlərə köçürülüb.

"Mərhələli şəkildə məlumatlar yoxlanıldıqca məbləğlər kartlara köçürüləcək və ən optimal müddətdə subsidiyaların köçürülməsi prosesi başa çatdırılacaq", - deyə V. Hüseynov əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR