Muxtar Babayev: "Meşə fondu sahələrində ixracyönümlü aqromeşə massivlərinin yaradılmasına start verilib"

Muxtar Babayev: "Meşə fondu sahələrində ixracyönümlü aqromeşə massivlərinin yaradılmasına start verilib"
# 17 dekabr 2019 11:15 (UTC +04:00)

"Həyata keçirilən aqrar islahatlar nəticəsində müxtəlif növ kənd təsərrüfatı istehsalı məhsullarının həcmi əhəmiyyətli dərəcədə artıb".

APA xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Azərbaycanda ərzaq və kənd təsərrüfatında Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) yerinə yetirilməsində özəl sektorun cəlb olunması və investisiya fəallığının təmin edilməsinə həsr edilən seminarda deyib. O bildirib ki, ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfə olaraq son illərdə meşə fondu sahələrində fındıq, qoz, şabalıd kimi ixracyönümlü aqromeşə massivlərinin yaradılmasına start verilib: "Bu da ekoloji təmiz məhsulların yaxşılaşdırılmasına gətirib çıxarır. Ölkənin əlverişli iqlimi, zəngin bitki örtüyü arıçılığın inkişafını şərtləndirən başlıca amillərdəndir. Bu məqsədlə arıçılığın gələcək inkişafına təkan vermək üçün nektar verən ağacların əkilməsinə üstünlük verilir. FAO-nun dəstəyi ilə hazırlanmış Milli Meşə Proqramında arıçılığın inkişafı nəzərə alınıb. Bu tədbirlər ölkənin bal təminatını artırır".

Nazir qeyd edib ki, vacib amillərdən biri də əhalinin balıq və digər su resursları ilə təminatıdır: "FAO və digər beynəlxalq təşkilatların müşahidələrinə əsasən, dünyada balıq ovu həcmi kəskin azalıb. Əvəzində isə son 15-20 ildə əmtəə və akvokultura məhsullarının ümumi həcmi durmadan artır. Balıq növlərinin yetişdirilməsi əhalinin qida təminatında vacib yerlərdən birini tutur. İqlim dəyişikliklərinin təsirlərinin yumşadılması üçün sudan qənaətli istifadə texnologiyalarının tətbiqi, kənd təsərrüfatı torpaqlarının, otlaqların effektli idarə edilməsi olduqca vacibdir. Bu, hazırda gündəmdə olan məsələrdəndir" .

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR