Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalı 4,2% artıb

Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalı 4,2% artıb
# 22 aprel 2021 11:00 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasına dəyəri 31,27 mln. manatdan çox təşkil edən kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da ötən ilin eyni göstəricisi ilə müqayisədə 4,2% çoxdur.

Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu dövr ərzində diri çəkidə ət istehsalı 6 584,1 ton, süd istehsalı 13 266,4 ton olub. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 4%, süd istehsalı isə 1,6% artıb.

Ümumilikdə, muxtar respublikada 384 növdə məhsul istehsal olunur ki, bunun da 127 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR