Nazir müavini: "Azərbaycan dünyadakı elmi-texniki proseslərin ölkəyə gətirilməsi istiqamətində işlər aparır"

Nazir müavini: "Azərbaycan dünyadakı elmi-texniki proseslərin ölkəyə gətirilməsi istiqamətində işlər aparır"
# 23 yanvar 2020 10:52 (UTC +04:00)

Kənd Təsərrüfatı Nazirliyi dünyada gedən elmi-texniki və elmi prosesləri izləyir və onların ölkəyə transferi istiqamətində işlər aparır.

"APA-Economics"in məlumatına görə, bunu "Qida təhlükəsizliyi: mövcud vəziyyət və perspektivlər" mövzusunda Bakıda keçirilən forumda çıxış edən Kənd Təsərrüfatı nazirinin müavini Elçin Zeynalov deyib.

Onun sözlərinə görə, məqsəd – ölkə sahibkarlarının istehsal etdiyi qida məhsullarının dünya bazarlarına çatdırılması üçün faydalı olmaqdır.

"Qida məhsullarının istehsalında bu məhsulların uzaq məsafəyə çatdırılmasında böyük problemlər yaranırdı. Bu, öz növbəsində məhsulların ixracı zamanı onların xarab olma ehtimalını daha çoxaldır. Bu səbəbdən aqrar elmin inkişafına böyük zərurət yaranır", - deyə E. Zeynalov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR