Nazir: İƏT ölkələri imkanlarından istifadə edərək aralarındakı ticarət dövriyyəsini artırmalıdır

Nazir: İƏT ölkələri imkanlarından istifadə edərək aralarındakı ticarət dövriyyəsini artırmalıdır
# 04 dekabr 2019 10:45 (UTC +04:00)

"İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr öz imkanlarından istifadə edərək aralarında olan ticarət dövriyyəsini artırmalıdır".

"APA-Economics"in məlumatına görə, bunu Bakıda keçirilən İƏT-ə üzv ölkələrin Kənd Təsərrüfatı nazirlərinin 6-cı iclasında çıxış edən Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib.

Onun sözlərinə görə, 2018-ci ildə İƏT ölkələri arasında ticarət dövriyyəsi 4 mlrd. ABŞ dollarından çox olub, lakin bu göstərici artırılmalıdır və bunu üçün böyük imkanlar mövcuddur.

Nazir onu da qeyd edib ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı sahəsində mühüm işlər aparılır. Bu ilin 9 ayı ərzində aqrar sektorun inkişafı 7% təşkil edib.

"Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir, son 15 ildə ölkə iqtisadiyyatı 3 dəfə artıb. İqtisadiyyatın şaxələndirilməsi sahəsində respublikada işlər davam etdirilir və vacib istiqamətlərdən biri də kənd təsərrüfatı sahəsidir. Bu sahənin inkişafı məqsədilə fermerlər üçün bütün şərait yaradılıb, sahədə innovativ metodların istifadəsi genişləndirilir", - deyə İ. Kərimov əlavə edib.

Qeyd edək ki, Bakıda keçirilən İƏT-ə üzv ölkələrin Kənd Təsərrüfatı nazirlərinin 6-cı iclasında həmçinin Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, İƏT-in Baş Katibinin müavini Sayed Yahya Axlaqi, İƏT-ə üzv ölkələrin Kənd Təsərrüfatı nazirləri, o cümlədən Türkiyənin Kənd Təsərrüfatı və Meşə naziri Bekir Pakdemirli, Qırğızıstanın Kənd Təsərrüfatı, Qida Sənayesi və Meliorasiya naziri Erkinbek Çoduyev, Özbəkistanın Kənd Təsərrüfatı naziri Camşid Xocayev, Tacikistanın Kənd Təsərrüfatı naziri Sattori İzzatullo, Qazaxıstanın Kənd Təsərrüfatı nazirinin müavini Nurbek Dairmekov, Türkiyə Azərbaycan Dostluq Qrupunun rəhbəri Şamil Ayrım, Türkiyə Böyük Millət Məclisinin Kənd Təsərrüfatı və Meşə Komissiyasının sədri, eləcə də təşkilatın katibliyinin rəhbər şəxsləri və əməkdaşları, aqrar sahə üzrə ekspertlər iştirak edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR