Nazirlər Kabineti Aqrar sığortanın təsir dairəsinə düşən məhsullarla bağlı Qərar imzalayıb

Nazirlər Kabineti Aqrar sığortanın təsir dairəsinə düşən məhsullarla bağlı Qərar imzalayıb
# 19 dekabr 2019 10:05 (UTC +04:00)

Nazirlər Kabinetində Aqrar sığortanın təsir dairəsinə düşən məhsullarla bağlı Qərar imzalanıb.

APA-nın xəbərinə görə, Qərara əsasən, 2019-cu ilin iyununda aqrar sığorta ilə bağlı qanun qəbul edilib. 2019-cu ilin avqustunda isə Prezident İlham Əliyevin Fərmanı ilə Aqrar Sığorta Fondu yaradılıb. 2020-ci il üçün Aqrar Sığorta Fonduna dövlət büdcəsindən 5 milyon manat ayrılıb.

Beynəlxalq təcrübə də nəzərə alınaraq, ölkəmizdə əvvəllər olmamış bu prosesin mərhələli həyata keçirilməsi məqsədəuyğun hesab olunur. Başqa tərəfdən, ilk dəfə tətbiq olunduğu üçün ölkəmizin aqrar sığorta sahədə tariflərin hesablanması üzrə metodologiya, sığorta riskləri və zərərlərinin qiymətləndirilməsi təcrübəsi yetərli səviyyədə olmadığı üçün bu işi mərhələli həyata keçirmək qərara alınıb.

Bəs ilkin mərhələdə hansı kənd təsərrüfatı məhsulları sığorta olunacaq? NK-nın qərarı bu suala cavab verir.

Bitkiçilik sahəsində:

ərzaq təhlükəsizliyinin gücləndirilməsi, ölkədə bitki yağları sənayesinin xammal təminatının idxal mənbələrindən asılılığının azaldılması, şəkər çuğunduru sahəsinin inkişafının dəstəklənməsi məqsədilə

- buğda;

- arpa;

- qarğıdalı;

- kartof;

- şəkər çuğunduru.

İdxalın əvəzedilməsi və ixrac potensialının gücləndirilməsi məqsədilə

- portağal;

- limon;

- naringi;

- çay;

- tütün;

- çəltik;

- üzüm;

- fındıq;

- pambıq.

Heyvandarlıq sahəsində

Məhsuldarlıq və istehsal göstəricilərinin yüksəldilməsi məqsədilə -

- 1 yaşdan 7 yaşadək südlük inəklər və camışlar

Suda yetişdirilən məhsullar üzrə

Akvakulturanın inkişafını stimullaşdırmaq, balıq məhsulları ilə təminatda yerli istehsalın xüsusi çəkisini artırmaq məqsədilə ilkin mərhələdə

- Balıqların

sığortası təmin ediləcək.

Bu məhsulların sığortasında Aqrar Sığorta Fondu da iştirak edəcək və risqin 50%-ni öz üzərinə götürəcək. Yuxarıda sadalanan məhsulların Aqrar Sığorta Fondu ilə özəl sığorta şirkətləri tərəfindən birgə sığortalanması

- İnvestisiya risklərini azaldacaq;

- Fermerlərin himayəsini gücləndirəcək;

- İstehsalı genişləndirmək üçün şəraiti təmin edəcək;

- Məşğulluğa müsbət təsir edəcək;

- Sadalanan məhsulların istehsalında artıma səbəb olacaq;

- Bazarda qiymətlərin sabitləşməsinə təsir edəcək;

- Ərzaq təhlükəsizliyinə töhfə verəcək

- Sığorta bazarını gücləndirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR