Qoşqar Təhməzli: "Qida məhsullarının ixracında əhəmiyyətli artım əldə olunub"

Qoşqar Təhməzli: "Qida məhsullarının ixracında əhəmiyyətli artım əldə olunub"
# 13 fevral 2020 13:08 (UTC +04:00)

"Ölkəmizdən qida məhsullarının ixracında əhəmiyyətli artım əldə olunub".

APA xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, ötən il ərzində 23 138 ton fındıq Agentlik tərəfindən müvafiq sertifikatlarla (qida təhlükəsizliyi sertifikatı, fitosanitar sertifikatı) təmin olunaraq ixrac edilib: "Ölkədən Avropa İttifaqına ixrac olunan fındıqdan 2018-ci ildə 18 nəqliyyat vasitəsi tərkibində aflotoksinin miqdarının yüksək olması səbəbindən geri qaytarılıb. 2018-ci ilin ilk yarısında 17, ikinci yarısında isə (Agentlik fəaliyyətə başladığı dövrdə) cəmi 1 avtonəqliyyat vasitəsi geri qaytarılıb".

AQTA sədri qeyd edib ki, 2019-cu il ərzində 28 573.2 dkl şərab məhsulu qida təhlükəsizliyi sertifikatı ilə təmin olunaraq, əsasən Avropa İttifaqı ölkələrinə, eləcə də Rusiya və Çinə ixrac olunub: "Ötən il ərzində 580 934 ton meyvə-tərəvəz, o cümlədən 61 089 ton kartof müvafiq sertifikatla təmin olunaraq ixrac edilib. Həmin meyvə və tərəvəz məhsullarından cəmi 8 avtonəqliyyat vasitəsi ixrac olunduğu ölkələrdən geri qaytarılıb. Bu, meyvə tərəvəz məhsullarının ümumi ixracının 0,02 %-ni təşkil edir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR