Rusiya Azərbaycana şəkər ixracını 54 dəfə artırıb

Rusiya Azərbaycana şəkər ixracını 54 dəfə artırıb
# 27 iyul 2020 16:02 (UTC +04:00)

Rusiya bu il Azərbaycana 109 min ton şəkər ixrac edib, bu da illik ifadədə 54,5 dəfə çoxdur.

APA-Economics”in Rusiya mətbuatına istinadın verdiyi məlumata görə, ötən ilin yanvar-iyun ayları ərzində Rusiya Azərbaycana 2 min ton şəkər ixrac edib.

Məlumata əsasən, ixracatın artması şəkər çuğundurunun yüksək məhsuldarlığı ilə əlaqədardır.

Rusiya Statistika İdarəsinin məlumatına əsasən, 2019-cu ildə çuğundur yığımı 2018-ci ilin göstəricisi ilə müqayisədə 29% artaraq 54,3 mln. ton təşkil edib.

Məlumatda qeyd edilir ki, 2019-2020 mövsümündə şəkər ixracı dörd dəfədən çox artırmaqla, Rusiya Federasiyası dünyada şəkər tədarükçülərinin ilk onluğuna daxil olub. Bildirək ki, indiyə qədər Rusiya bu məhsulun ən böyük ixracatçıları siyahısında olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR