Stavropol vilayətinin builki heyvandarlıq məhsulları ixracının 4%-i Azərbaycanın payına düşüb

Stavropol vilayətinin builki heyvandarlıq məhsulları ixracının 4%-i Azərbaycanın payına düşüb
# 28 sentyabr 2020 14:25 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Rusiyanın Stavropol vilayətindən ət və süd məhsullarının ixracı 90,8 mln. ABŞ dollar təşkil edib ki, bu da 2019-cu ilin eyni dövrünə nisbətən 13% çoxdur.

"APA-Economics" xəbər verir ki, bu barədə Stavropol vilayətinin Kənd Təsərrüfatı Nazirliyinin məlumatında deyilir.

Qeyd olunub ki, 2020-ci ilin doqquz ayı ərzində Stavropol vilayətindən 58,9 min ton heyvandarlıq məhsulu ixrac edilib, məhsulun 96%-ni quş əti təşkil edib. Quş əti satışının ümumi həcmi 2,7 min tona vərabər olub.

Əsas heyvandarlıq məhsullarının idxalçıları Çin (53%), Səudiyyə Ərəbistanı (18%), Ukrayna (8%) və Azərbaycan (4%) olub.

Həmçinin, bu ildən etibarən Stavropolun "Resurs" şirkəti Afrika ölkələrinə (Anqola, Benin, Qana, Konqo, Syerra-Leone və s.) tədarükü bərpa edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR