Suraxanı rayonunda daha bir kənd təsərrüfatı yarmarkası açılacaq

Suraxanı rayonunda daha bir kənd təsərrüfatı yarmarkası açılacaq
# 18 dekabr 2019 14:34 (UTC +04:00)

Bakının Suraxanı rayonunda daha bir kənd təsərrüfatı yarmarkası açılacaq.

Bunu "APA-Economics"ə "Dövlət Aqrar Ticarət Şirkəti"nin İdarə Heyətinin sədri Leyla Məmmədova deyib.

Onun sözlərinə görə, ümumilikdə, 2020-ci ildə ən azı iki yarmarkanın təşkili üçün çadırlar əldə olunub ki, onlar qurulduqdan sonra yarmarkaların ümumi sayı 7-yə çatdırılacağı nəzərdə tutulur.

 

"Hazırda isə 5 çadırdan 4-ü artıq qurulub, daha biri isə yer müəyyənləşdiriləndən sonra böyük ehtimalla Suraxanı rayonunda qurulacaq", - deyə L. Məmmədova qeyd edib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR