Türkiyə meyvə-tərəvəz ixracını 23% artırıb

Türkiyə meyvə-tərəvəz ixracını 23% artırıb
# 11 mart 2021 13:55 (UTC +04:00)

Bu ilin fevral ayında Türkiyədən təzə meyvə və tərəvəz ixracının dəyəri ötən ilin eyni ayı ilə müqayisədə 23% artaraq 250 mln. ABŞ dollarına çatıb.

APA-Economics” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Aralıq dənizi bölgəsinin Təzə Meyvə-Tərəvəz İxracatçıları Birliyinin sədri Nejdat Sin bildirib.

Onun sözlərinə görə, fevral ayında 402 390 ton məhsul ixrac olunub ki, bu həcmin 74%-i pomidor, naringi, limon, nar, bibər və almanın payına düşüb.

Ən böyük artım pomidor ixracatında qeydə alınıb – 23%. Fevralda Türkiyədən pomidor ixracı 41,6 mln. dollar məbləğində olub. İkinci yerdə 14%-lik artımla naringi yer alıb. Ötən ay bu məhsulların ixracı 39,4 mln. dollar təşkil edib. İlk üçlüyə ixracı 7% artaraq 31,5 mln. dollara çatan limon da daxil olub.

“Rusiya ötən ay Türkiyədən təzə tərəvəz və meyvələrin əsas idxalçısı olub. Bu məhsulların Rusiyaya ixracatı 26% artaraq 79,3 mln. dollar təşkil edib. İraq və Rumıniya da ilk üç idxalçı sırasında yer alıb”, - deyə N. Sin qeyd edib.

Birliyin sədri əlavə edib ki, fevral ayında Türkiyədən İraqa təzə meyvə-tərəvəz ixracı 63% artaraq 24,9 mln. dollar, Rumıniyaya isə 10% artaraq 20,5 mln. dollara yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR