Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bəkir Pakdəmirli işğaldan azad edilmiş Füzuli, Cəbrayıl və Zəngilanda olub.
APA-nın xəbərinə görə, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin “Facebook” hesabında bildirilib.
Türkiyəli nazir Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimovla birgə Cəbrayılda yem bitkisi toxumunun səpilməsində, Zəngilanın “Qardaşlıq Bağı”nda 5 hektarlıq ərazidə isə Türkiyədən gətirilən meyvə ağaclarının əkilməsində iştirak edib.