Xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı baytarlıq xidmətlərini hüquqi şəxslər və fiziki şəxslər həyata keçirəcək

#
# 16:52
22 aprel 2020

Xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı baytarlıq xidmətlərini hüquqi şəxslər və fiziki şəxslər həyata keçirəcək.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərmanda əksini tapıb.

Fərmana əsasən, xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı dövlət büdcəsindən maliyyələşdirilən baytarlıq xidmətləri Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi ilə özəl baytarlıq xidmətlərini həyata keçirən hüquqi şəxslər və fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslər arasında müqavilə bağlanması yolu ilə həyata keçiriləcək.

Nazirlər Kabineti 2 ay müddətində sahə baytarlıq məntəqələrinin inzibati binalarının və digər dövlət əmlakının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi ilə müqavilə bağlayan baytarlıq subyektlərinə icarəyə verilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin və İqtisadiyyat Nazirliyinin təklifləri əsasında müvafiq tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR