AQTA Rusiyaya ixrac olunan pomidor və almaları yoxlayacaq

"Rosselxoznadzor" və AQTA nümayəndələrinin görüşü

© APA | "Rosselxoznadzor" və AQTA nümayəndələrinin görüşü

# 17 noyabr 2021 10:42 (UTC +04:00)

Rusiyaya ixracı bərpa etmək istəyən pomidor və alma istehsalçılarının məhsullarının keyfiyyəti Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən yoxlanılacaq. "APA-Economics" Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir ki, bu razılıq "Rosselxoznadzor"un rəhbəri Serqey Dankvertlə AQTA-nın rəhbəri Qoşqar Təhməzli ilə görüşü zamanı əldə olunub.

Yoxlamaların nəticələrinə əsasən, AQTA karantin orqanizmlərindən təmiz məhsul istehsal edən müəssisələrin siyahısını "Rosselxoznadzor"a təqdim edərək, onlara tədarük imkanlarının yaradılmasını təklif edəcək.

S. Dankvert azərbaycanlı həmkarlarına məhsulların fitosanitar vəziyyətinin monitorinqinin effektivliyinə əmin olmaq üçün gələn ilin yazında rusiyalı mütəxəssislərin Azərbaycanda pomidor və alma becərilməsi yerlərinə səfərini təşkil etməyi təklif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR