Azərbaycan bu il Qaraçay-Çərkəz Respublikasından ən çox süd məhsulları idxal edən ölkələrdən olub

Azərbaycan bu il Qaraçay-Çərkəz Respublikasından ən çox süd məhsulları idxal edən ölkələrdən olub
# 02 sentyabr 2021 15:21 (UTC +04:00)

İlin əvvəlindən Rusiyanın Qaraçay-Çərkəz Respublikasından Azərbaycana 1,416 ton həcmində 12 partiya süd məhsulları ixrac edilib.

"APA-Economics" bölgə üzrə Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Şimali Qafqaz Regionlararası İdarəsinin yaydığı məlumata istinadən xəbər verir ki, qurum tərəfindən bu il dövlət baytarlıq nəzarətində olan təxminən 1,32 min ton məhsulun ixracına nəzarət həyata keçirilib.

Hesabat dövründə Qaraçay-Çərkəz Respublikasından Qazaxıstana 12,76 ton, Azərbaycana isə 1,416 ton süd məhsulları tədarük olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR