Azərbaycan buğda idxalını 12% artırıb

Azərbaycan buğda idxalını 12% artırıb
# 17 iyul 2021 14:06 (UTC +04:00)

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycana 102 023,93 ABŞ dolları dəyərində 401 572,34 ton buğda idxal edilib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 30,1%, həcmi isə 12% artıb.

Qeyd edək ki, bu ilin yanvar-iyun ayları ərzində buğda idxalı Azərbaycanın ümumi idxalının 1,89%-nə bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR