Azərbaycan çay ixracını azaldıb

Azərbaycan çay ixracını azaldıb
# 17 may 2021 18:15 (UTC +04:00)

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan ümumi dəyəri 2 967,58 min ABŞ dolları dəyərində 389,51 ton çay ixrac edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, ötən ilin analoji dövrü ilə müqayisədə cari ilin ilk dörd ayında ölkədən ixrac edilən çayın dəyəri 9,6%, həcmi isə 21% azalıb.

Hesabat dövründə çayın ümumi ixracdakı payı cəmi 0,05%, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,43%-ə bərabər olub.

Bununla yanaşı, hesabat dövründə Azərbaycana ümumi dəyəri 16 933,97 min dollar dəyərində 4 438,15 ton çay idxal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə çay idxalının dəyəri 2%, həcmi isə 2,7% azalıb.

Hesabat dövründə çayın ümumi idxaldakı payı 0,48% təşkil edib.

Göründüyü kimi, cari ilin yanvar-aprel aylarında ölkənin çay idxalı ixracı 11 dəfədən çox üstələyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR