Azərbaycan çay ixracını azaldıb

Azərbaycan çay ixracını azaldıb
# 21 avqust 2021 12:14 (UTC +04:00)

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan ümumi dəyəri 4 826,59 min ABŞ dolları dəyərində 636,80 ton çay ixrac edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin analoji dövrü ilə müqayisədə cari ilin ilk yeddi ayında ölkədən ixrac edilən çayın dəyəri 12,6%, həcmi isə 21,2% azalıb.

Hesabat dövründə çayın ümumi ixracdakı payı cəmi 0,04%, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,36%-ə bərabər olub.

Bununla yanaşı, hesabat dövründə Azərbaycana ümumi dəyəri 36 946,58 min dollar dəyərində 8 732,21 ton çay idxal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə çay idxalının dəyəri 8,5%, həcmi isə 4% artıb.

Hesabat dövründə çayın ümumi idxaldakı payı 0,59% təşkil edib.

Cari ilin yanvar-iyul aylarında (ötən ilin eyni göstəricisi ilə müqayisədə) ölkənin çay idxalı ixracı dəyər ifadəsində 7,6 dəfə, həcm ifadəsində isə 13,7 dəfədən çox üstələyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR